İlham Əliyev: Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır

Xarici siyasət
  • 14 fevral, 2026
  • 18:06
İlham Əliyev: Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır

Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.

Prezident qeyd edib ki, Azərbaycan fiziki infrastruktura sərmayələr yatırıb:

"Birmənalı olaraq regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır. Burada Qərb və Şərq baxımından Azərbaycan buna çalışır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin müvafiq infrastruktur olmasa, bunun mənası hiss edilməz.

"Azərbaycan ərazisi ilə 100 mindən artıq TEO yüklər daşınıb, 250 - 400 min həcminin artırılması nəzərdə tutulur. Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq".

Prezident bildirib ki, Azərbaycan öz ərazisində dəmir yollarının tikintisinə sərmayələr yatırır:

"Yeni çəkiləcək və yenidən bərpa olunacaq dəmiryolların uzunluğu 600 km olacaq. Bu, Azərbaycanın əsas hissəsində və Naxçıvan eksklavında olacaq infrastrukturdur. Ermənistan ərazisində isə 40 kilometrlik məsafə olacaq. Bunlar həyata keçirilən kimi Orta Dəhlizlə iki marşrut olacaq. Şərqlə Qərb arasında yüklərin daşınması məhz Cənubi Qafqaz vasitəsilə həyata keçiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti