Gürcüstan DTX-nin keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum edilib
- 16 sentyabr, 2026
- 17:50
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi verib.
Məhkəmənin hökmünə əsasən, Q.Liluaşvili ittiham olunduğu dörd epizod üzrə təqsirli bilinib. Bunlar uşaq bağçalarının idarə olunması sahəsində rüşvət alma, saxta "çağrı mərkəzləri"nə himayədarlıq və iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze ilə bağlı rüşvətxorluqdur.
İstintaq Q.Liluaşvilini Uşaq Bağçalarının İdarəetmə Agentliyinin keçmiş rəhbəri Kaxaber Qvantseladze və həmin qurumda müxtəlif vəzifələrdə çalışan şəxslərin törətdiyi iddia olunan cinayət əməllərinə himayə etməkdə ittiham edib.
İttihama görə, həmin şəxslər rüşvət formasında vəsait alıb və bunun bir hissəsini Qriqol Liluaşviliyə çatdırıblar. İstintaq həmçinin vəsaitlərin bir hissəsinin birbaşa Kaxaber Qvantseladzeyə verildiyini iddia edib.
İttihama əsasən, onun yaxın silahdaşı Andria Liluaşvili "çağrı mərkəzləri"nin fəaliyyətində birbaşa iştirak edib.
DTX-nin keçmiş rəhbəri Romeo Mikautadzenin vasitəçiliyi ilə həyata keçirildiyi iddia olunan iki rüşvət epizodu üzrə də ittiham olunub.
Qriqol Liluaşvili ona qarşı irəli sürülən ittihamları qəbul etmir.