Sabah Bakıda yağış yağacaq
Ekologiya
- 05 dekabr, 2025
- 12:24
Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
"Report"a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
Son xəbərlər
10:22
Foto
Video
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda birgə təlim keçir
Hərbi10:22
AFFA-nın hesabatı: Milli komandalar üçün 27 milyon manatdan çox vəsait xərclənib
Futbol10:17
Çingiz Hüseynzadə: "2025-ci il Azərbaycan futbolu üçün önəmli il olub"
Futbol10:11
Foto
AFFA-nın Hesabat Konfransı başlayıb
Futbol10:10
2025-ci ildə AFFA-ya 60 milyon manatdan çox vəsait daxil olub
Futbol10:09
Foto
Azərbaycan gömrükçüləri "qarışıq meyvə qurusu" yükündə 113 kq-a yaxın narkotik vasitə aşkar ediblər
Biznes10:08
KTM: Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb
Hadisə10:06
Foto
Naxçıvanda suvarma infrastrukturunun yaxşılaşdırılması müzakirə olunub
ASK10:02
Foto