Britaniya diplomatik missiya əməkdaşlarını İrandan geri çağırıb
Digər
- 27 fevral, 2026
- 19:14
Böyük Britaniya hökuməti İrandakı diplomatik missiyalarının əməkdaşlarını geri çağırmaq barədə sərəncam verib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Məlumatda bildirilib ki, bu müvəqqəti ehtiyat tədbiridir və təhlükəsizlik məqsədilə qəbul edilib.
"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar biz preventiv tədbir gördük və britaniyalı əməkdaşları İrandan müvəqqəti geri çağırdıq", - məlumatda qeyd olunub.
Bu gün daha əvvəl ABŞ Dövlət Departamenti İsraildəki diplomatik missiyasının fövqəladə məsələlərə cəlb olunmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verib.
Son xəbərlər
02:31
Tramp federal qurumlara "Anthropic" texnologiyalardan istifadəni qadağan edib
Digər ölkələr02:02
Foto
Külək Göygöldə evlərin damını dağıdıb, Şəmkirdə istixanalara ziyan vurub
Hadisə01:50
Pakistan 297 Əfqanıstan hərbçisinin öldürüldüyünü açıqlayıb
Digər ölkələr01:29
Kamil Xasiyev: Sülh perspektivləri heç vaxt indiki qədər ümidverici olmayıb
Xarici siyasət01:04
İran XİN: Pakistan-Əfqanıstan gərginliyi region üçün təhlükədir
Region00:32
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
Region00:28
Səfir Belqradda Azərbaycanın sülh təşəbbüsündən danışıb: Ermənistanın son addım atması qalır
Xarici siyasət00:16
Azərbaycanın Serbiyadakı səfiri: Zəngəzur dəhlizi daha geniş çərçivədə qiymətləndirilməlidir
Xarici siyasət00:01