Bosniya və Herseqovina minatəmizləmə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 12:37
Bosniya və Herseqovina minatəmizləmə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Bosniya və Herseqovina minatəmizləmə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir.

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovina Minatəmizləmə Mərkəzinin sədri Enis Horozovic "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bosniya və Herseqovinada minalanmış ərazilərin təxminən 80 faizi təmizlənib:

"Ona görə də bizim də böyük təcrübəmiz var. Bosniya və Herseqovina son illər ərzində bu istiqamətdə çox iş görüb və Azərbaycanın minatəmizləmə təşkilatları ilə əlaqələrimiz var. Bir neçə dəfə Azərbaycandan olan həmkarlarımız bizi ziyarət edib. Hətta bir dəfə Azərbaycandan olan komanda Bosniya və Herseqovinaya gələrək ölkəmizi minalardan necə təmizlədiyimiz barədə film çəkib. Təcrübəmizə gəlincə, onu Azərbaycanla bölüşməyə hazırıq. Eyni zamanda Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini də öyrənmək istərdik. Çünki Azərbaycanın bu sahədə həqiqətən də möhtəşəm nəticələr əldə etdiyini görmüşük".

44 - Tezliklə