Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var
Digər
- 31 mart, 2026
- 19:42
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
"Report" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var
Son xəbərlər
11:47
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında rekonstruktiv əməliyyatlar dövlət hesabına ediləcək
Sağlamlıq11:46
Ərbildə 20-dən çox PUA vurulub
Digər ölkələr11:41
Husilər İsrailin cənubundakı mühüm hədəflərə raket zərbəsi endiriblər
Digər ölkələr11:40
ACF zədəli cüdoçuların yarışlara qayıdış tarixini açıqlayıb
Fərdi11:36
Azərbaycanın sığorta bazarı 1 %-dən çox kiçilib
Maliyyə11:31
Sabiq direktor: Perinatal Mərkəzdə yanğın siqnalizasiya sisteminin işləməməsinə TƏBİB rəhbərliyi məsuliyyət daşıyır - MƏHKƏMƏ
Hadisə11:29
Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək
İqtisadiyyat11:25
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir
İnfrastruktur11:25
Foto