Bu ay avtoqəza ilə bağlı Travmatologiya və Ortopediya İnstitutuna 52 nəfər müraciət edib
- 28 yanvar, 2026
- 15:20
Keçən il ərzində Azərbaycanda 50 mindən çox insanın travma səbəbindən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciəti qeydə alınıb.
Bunu "Report"un sualına cavab olaraq tibb müəssisəsinin baş direktorunun müavini, baş həkim Nizami Məmmədov deyib.
Onun sözlərinə görə, bu ilin yanvar ayı üzrə 1 754 müraciət olub ki, bunun 438-i uşaq travmalarıdır. Bundan başqa, həmin müddətdə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta üç nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib:
"Həmin göstərici ümumi avtoqəza travmalarının (52 hal) çox kiçik hissəsini təşkil edir və təxminən 5,8 %-dən azdır. Bu da onu göstərir ki, bu ay nəqliyyatla bağlı travmalar əsasən avtoqəzalarla əlaqəli olub. Eyni zamanda iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr nisbətən az qeydə alınıb".