Baş Assambleyanın sədri: BMT-nin növbəti Baş katibi qadın olsa, əla olardı
Digər ölkələr
- 23 sentyabr, 2025
- 16:05

BMT-nin 80-ci Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, təşkilatın növbəti baş katibi qadın olsaydı, "bu əla olardı".
"Report"un məlumatına görə, Almaniyanın keçmiş xarici işlər naziri bu bəyanatı alman "Ştern" jurnalına müsahibəsində verib.
Onun sözlərinə görə, baş katib vəzifəsinə qadının təyin edilməsi "prinsip etibarilə artıq 80 ildir gözlənilən" hadisədir: "Lakin mənim bu vəzifəni tutma ehtimalım azdır".
A.Berbok əlavə edib ki, hazırda o, namizədlərin seçilməsi prosesində məsuliyyət daşıyır: "Bu, hazırkı beynəlxalq şəraitdə olduqca çətin bir işdir".
Son xəbərlər
17:56
AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb
Maliyyə17:54
Rəhman Hümmətov: "Sərnişinlər dəyişiklikləri gündəlik həyatlarında mütləq hiss edəcəklər"
İnfrastruktur17:53
Polşada çempion olan Azərbaycan taekvondoçusu: "Dünya çempionatında uğur qazanmaq istəyirəm"
Fərdi17:52
Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı təşəbbüs parlamentdə müzakirə olunacaq
Region17:47
Sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
İnfrastruktur17:39
ABŞ BMT-də islahatların aparılmasını müzakirə edəcək
Digər ölkələr17:39
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Hadisə17:34
"Barselona"nın müdafiəçisi məşqlərə başlayıb
Futbol17:31