Bakıda WUF13 QHT Forumu keçiriləcək

Xarici siyasət
  • 17 aprel, 2026
  • 11:24
Bakıda WUF13 QHT Forumu keçiriləcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) QHT Forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qurumun 5 illik fəaliyyəti ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək".

A.Əliyeva, həmçinin mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənildiyini də əlavə edib.

Sədr 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumunun keçiriləcəyini də deyib.