Azərbaycanda təkrarsığorta bazarı 1 % azalıb

Digər
  • 03 oktyabr, 2025
  • 17:57
Azərbaycanda təkrarsığorta bazarı 1 % azalıb

Bu ilin I yarısında Azərbaycanda təkrarsığorta haqları ötən ilin eyni dövrünə nisbətən 1 % azalaraq 60 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Məlumata görə, 6 aylıq təkrarsığorta haqlarının 6 %-i və yaxud 3,6 milyon manatı həyat, 94 %-i və yaxud 57 milyon manatı isə qeyri-həyat sığortasının payına düşüb.

Həyat sığortası üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta üzrə yığılmış sığorta haqlarının 0,7 %-i, qeyri-həyat sığortası üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta üzrə yığılmış sığorta haqlarının 16,6 %-i qədər olub.

"Təkrarsığortaya ötürülən risklər əsasən yüksək kredit reytinqli xarici təkrarsığortaçılarda mitiqasiya olunub. Yanvar-iyun aylarında xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqları 35 milyon manat olub. 2023-cü ilin noyabr ayında qəbul edilmiş risklərin xarici təkrarsığortaçılarda sığortalanması qaydası təkrarsığorta haqlarının əsasən yüksək kredit reytinqli təkrarsığortaçılara ötürülməsinə təsir edib.

Belə ki, xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqlarının 59 %-i və yaxud 20,7 milyon manatı I qrup ("AA-" kredit raytinqdən yüksək), 37 %-i və yaxud 13 milyon manatı II qrup ("A-" dan "A+" dək), 3 %-i və yaxud 1,2 milyon manatı III və IV qrup ("BB-" dan "BBB+" dək) xarici təkrarsığortaçılara ötürülüb. Xarici ölkələrə ötürülmüş təkrarsığorta haqlarının 40 %-i və yaxud 14 milyon manatı Böyük Britaniyanın, 20 %-i və yaxud 7 milyon manatı Almaniyanın, 8 %-i və yaxud 2,7 milyon manatı isə Fransanın payına düşüb", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti