Zakir Həsənov Bosniya və Herseqovinadakı Aİ Komandanlığı və Türk kontingentini ziyarət edib

Hərbi
  • 12 noyabr, 2025
  • 12:53
Zakir Həsənov Bosniya və Herseqovinadakı Aİ Komandanlığı və Türk kontingentini ziyarət edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya rəsmi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı Qüvvələri Komandanlığını və Türk kontingentini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Butmir hərbi bazasında keçirilən rəsmi qarşılanma mərasimindən sonra müdafiə naziri Avropa İttifaqının Bosniya və Herseqovinadakı Qüvvələri komandanı general-mayor Florin-Marian Barbu ilə görüşüb.

Görüşdə Komandanlığın fəaliyyəti ilə bağlı Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib, "Sülh Naminə Tərəfdaşlıq" proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycanın müsbət əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb, həmçinin maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Daha sonra Türk kontingentinin rəhbəri polkovnik Mustafa Çetin Çelik ilə görüşən general-polkovnik Z.Həsənov Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması ilə bağlı qardaş ölkənin nümayəndələrinə başsağlığı verib.

Son xəbərlər

Bütün Xəbər Lenti