Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb
- 09 oktyabr, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur.
O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 30,8 % artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,3 % artaraq 8 milyard 52,1 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,7 % artaraq 4 milyard 568,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 3,1 % azalaraq 2 milyard 67,9 milyon manat olub.