Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub
- 10 fevral, 2026
- 17:55
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.
Sonra rəsmi foto çəkdirilib.