AMB: 2026-2027-ci illərin sonuna cari əməliyyatlar hesabı profisitli olacaq

Maliyyə
  • 04 fevral, 2026
  • 10:05
AMB: 2026-2027-ci illərin sonuna cari əməliyyatlar hesabı profisitli olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0,7 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6,9 milyard ABŞ dollarını üstələyib", - deyə AMB bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti