Zelenski: Ümid edirik ki, ABŞ Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyəcək
Digər ölkələr
- 31 mart, 2026
- 21:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna ümid edir ki, ABŞ Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski bildirib.
"Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu dünən demişdim və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik", - o qeyd edib.
Zelenski martın 30-da bildirmişdi ki, Ukrayna ölkənin suverenliyinin qorunması şərtilə müharibənin başa çatmasının, eləcə də atəşkəsin istənilən formatını, xüsusən də Pasxa bayramı günlərində dəstəkləyir.
Son xəbərlər
14:41
Dünya çempionatı: Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB
Fərdi14:32
Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
İKT14:30
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
Qarabağ14:27
Ötən gün axtarışda olan 84 nəfər tutulub
Daxili siyasət14:23
Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib - YENİLƏNİB-3
Fərdi14:18
ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb
Digər ölkələr14:15
Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
Sənaye14:05
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
Region14:05