Zelenski: Rusiya bizim ərazimizə zərbə endirməsə, biz də cavab tədbirləri tətbiq etməyəcəyik

Digər ölkələr
  • 30 yanvar, 2026
  • 12:40
Zelenski: Rusiya bizim ərazimizə zərbə endirməsə, biz də cavab tədbirləri tətbiq etməyəcəyik

Ukrayna Rusiya ilə deeskalasiya addımlarına hazırdır.

"Report"un "RBK-Ukrayna"ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, enerji barışığı məsələsi Əbu-Dabidə müzakirə edilməsə də, Kiyev onun şərtlərinə əməl edəcək.

"Abu-Dabidə (24-25 yanvar tarixlərində Ukrayna, RF və ABŞ arasında üçtərəfli danışıqlar) müxtəlif məsələlər, ən həssas məsələlər müzakirə edildi. Həmçinin ABŞ tərəfi bizimlə ayrıca danışdı. ABŞ bildirib ki, deeskalasiya məsələsini qaldırmaq istəyir - hər iki tərəfdən uzaqvuran imkanlardan istifadə etməməklə bağlı addımlar nümayiş etdirmək, diplomatiya üçün daha çox məkan təmin etmək məqsədilə", - deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, Ukrayna danışıqlar qrupu məsləhətləşmək üçün zəng edib və o, söhbət zamanı təsdiqləyib ki, Ukrayna belə addımlar barədə güzgü münasibətinə riayət edəcək.

"Hər halda, biz müharibəni bitirmək istəyirik və deeskalasiya addımlarına hazırıq. Əgər Rusiya bizə zərbə endirməsə, biz cavab tədbirləri tətbiq etməyəcəyik. Vəssalam və biz bu prinsip haqqında əvvəllər də danışmışıq. Bu bir imkandır, razılaşma deyil", - deyə dövlət başçısı əlavə edib.

O, həmçinin vurğulayıb ki, hələlik atəşkəsin dayandırılması barədə rəsmi razılaşma yoxdur. "Heç bir sirr yoxdur. Bu məsələ ilə bağlı bizim və Rusiya arasında birbaşa dialoq, birbaşa razılaşmalar olmayıb", - deyə V.Zelenski əlavə edib.

"Əgər Rusiya bizim enerji, generasiya və ya hər hansı infrastrukturumuza zərbə endirmirsə - biz də onların enerji infrastrukturuna zərbə endirməyəcəyik. Düşünürəm ki, bu, danışıqların vasitəçisi olan ABŞ-ın gözlədiyi cavabdır. Biz həmişə nümayiş etdiririk ki, bütün rasional ABŞ təşəbbüslərini, deeskalasiya ilə bağlı hər hansı real təşəbbüsləri və bu kimi digər təşəbbüsləri dəstəkləyirik", - deyə Ukrayna Prezidenti qeyd edib.

Xatırladaq ki, dünən axşam, 30 yanvar tarixində, ABŞ Prezidenti Donald Tramp gözlənilmədən bəyan edib ki, Kreml rəhbəri Vladimir Putinlə Ukraynaya zərbələrin dayandırılması barədə razılığa gəlib. Daha sonra Ukrayna Prezidenti RF ilə enerji barışığı barədə məlumatı təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti