Zelenski: Ukrayna nəzarət olunan silah ixracına hazırlaşır

Digər ölkələr
  • 30 sentyabr, 2025
  • 01:52
Zelenski: Ukrayna nəzarət olunan silah ixracına hazırlaşır

Ukrayna nəzarət olunan silah ixracına dair müqavilələr hazırlayır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski axşam müraciətində bildirib.

"Bu gün (dünən-red) qərargahda həm yaxın vaxtlarda, sonuna qədər, həm də daha uzunmüddətli perspektivdə uzunmüddətli tələbatlarımız üzrə məruzələr olub. Döyüşçülərimizin dəqiqliyi bütün dövləti qorumağa kömək edir.

Müqavilələri planlaşdırırıq və arsenallarımızı kifayət qədər dolduracaq şəkildə istehsal etməyi planlaşdırırıq", - o deyib.

Zelenski profisitdə olan bəzi silah növlərinin ixracının Ukraynaya defisit sistemlərin istehsalı üçün əlavə maliyyə verə biləcəyini də qeyd edib.

"Artıq dörd ixrac platforması ilə bağlı razılaşmalar var: Amerika Birləşmiş Ştatları, Avropa, Yaxın Şərq və Afrika. Biz müvafiq sazişlər hazırlayacağıq", - Ukrayna lideri əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti