Ukrayna ilə bağlı komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 16 dekabr, 2025
  • 18:49
Ukrayna ilə bağlı komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb - YENİLƏNİB-2

Niderlandda Rusiyanın müharibə zamanı Ukraynaya vurduğu ziyanla bağlı iddialara baxılması üçün Beynəlxalq Komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, 35 dövlətin nümayəndələrinin imzaladığı sənəd Avropa Şurası bazasında komissiyanın yaradılmasını nəzərdə tutur. İmzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.

Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, beynəlxalq təzminat mexanizminin formalaşdırılması mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələ 2023-cü ildə Ukrayna üçün zərər reyestrinin yaradılması olub. İkinci mərhələ Rusiyanın Ukraynaya vurduğu ziyanın ödənilməsi ilə bağlı tələblərə baxacaq Beynəlxalq İddialar Komissiyasının işi ilə bağlı olacaq.

Qeyd olunur ki, zərər reyestri və komissiya dəymiş ziyan haqqında məlumatların toplanması, yoxlanılması və təhlilinə, həmçinin vurulmuş ziyanı kompensasiya etməli olan məsul şəxslərin və dövlətlərin müəyyən olunmasına sistemli yanaşmanı təmin edəcək.

Qlobal mexanizmin üçüncü mərhələsi Ukraynanın zərərçəkənlərə ödənişlər etməsinə imkan verəcək kompensasiya fondunun yaradılması olacaq. Hazırda onun maliyyələşdirilməsi məsələsi müzakirə edilir, dondurulmuş Rusiya aktivləri və onlardan əldə edilən gəlirlərin əsas maliyyə mənbəyi olacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 16-sı Ukrayna üçün bəyanatlara baxılması üzrə Beynəlxalq Komissiyanın təsis edilməsi haqqında Konvensiyanın imzalanmasında iştirak edəcək.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva məlumat verib.

Məlumata görə, Beynəlxalq Komissiya Avropa Şurasının himayəsi altında yaradılacaq.

Bəyanatların baxılması üzrə Komissiya yalnız onları nəzərdən keçirib qiymətləndirəcək və onlar üzrə qərarlar qəbul edəcək. Eyni zamanda kompensasiyanın məbləğini müəyyən edəcək. Beynəlxalq kompensasiya mexanizminin üçüncü addımı - kompensasiya fondu ilə bağlıdır.

Bəyanatların baxılması üzrə Beynəlxalq Komissiya Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunaldan müstəqil fəaliyyət göstərəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti