Zelenski: Ukrayna Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 21:39
Zelenski: Ukrayna Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır

Ukrayna Avropa İttifaqına (Aİ) heç bir məhdudiyyətsiz tamhüquqlu üzv olmalıdır.

"Report"un "RBK-Ukrayna"ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Genişlənmə məsələləri üzrə Avropa Sammitinin iştirakçılarına müraciətində bildirib.

"Fikrimcə, Ukraynaya bərabər ölkə kimi yanaşmaq çox vacibdir. Əgər Avropa İttifaqına üzvlükdən danışırıqsa, bu üzvlük tamhüquqlu olmalıdır. Məncə, bu çox önəmlidir ki, bir masa arxasında ölkələr bərabər şəkildə əyləşsinlər – ərazi ölçüsündən və əhalisinin sayından asılı olmayaraq", – deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Aİ-yə üzvlük məsələsində bütün ölkələrin ortaq dəyərləri bölüşməsi vacibdir: "Məncə, Aİ-də yarımüzvlük və ya qismən üzvlük ola bilməz".

Bundan əvvəl Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Aİ-nin yeni üzv dövlətləri üçün bir neçə illik "sınaq müddəti" təyin edilə bilər və demokratik prinsiplərdən uzaqlaşdıqları təqdirdə, onlar xaric edilə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti