Zelenski: Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib

Digər ölkələr
  • 19 mart, 2025
  • 15:34
Zelenski: Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib

Rusiya Prezidenti Vladimir Putinin 30 günlük atəşkəs şərtləri Ukraynada tammiqyaslı müharibənin davam etdiyini göstərir.

“Report”un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski finlandiyalı həmkarı Aleksander Stubb ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Kiyevə hərbi yardımın dayandırılmasına nail olmaq istəyir ki, bu da Ukraynanın mövqelərini zəiflədəcək.

Zelenski vurğulayıb ki, Moskvanın tələbləri müharibənin davamıdır, buna görə də Ukrayna hərbi dəstək məsələsində güzəştə getməməlidir: "Əksinə Ukraynaya yardımı gücləndirmək lazımdır. Çünki bu, hər hansı bir sürprizə hazır olduğumuza dair bir siqnaldır".

Daha əvvəl bildirilmişdi ki, Ukrayna ABŞ-nin cəbhə xəttində 30 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə təklifini dəstəkləyib.

44 - Tezliklə