Zelenski: Putini öpüş və güllərlə dayandırmaq olmaz

Digər ölkələr
  • 16 fevral, 2026
  • 14:18
Zelenski: Putini öpüş və güllərlə dayandırmaq olmaz

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiyaya ərazi güzəştləri gələcəkdə daha ciddi nəticələrə gətirib çıxaracaq.

"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Təcavüzkarın nəyisə ələ keçirməsinə imkan vermək böyük səhvdir. Bu, lap əvvəldən, 2014-cü ildən (Krımın ilhaqı) böyük səhv idi. Hətta ondan əvvəl, Gürcüstanın bir hissəsinə hücum və işğal zamanı da bura daxildir", - o vurğulayıb.

V.Zelenski həmçinin hesab edir ki, ərazi güzəştləri yeni müharibələrə gətirib çıxarır: "Rusiya Prezidenti Vladimir Putini öpüş və güllərlə dayandırmaq olmaz. Mən heç vaxt bunu etməmişəm və bunu doğru yol hesab etmirəm. Hamıya məsləhətim budur – bunu Putinlə etməyin", - Ukrayna lideri qeyd edib.

Ukrayna Prezidenti yenidən bəyan edib ki, Rusiya cəbhədə əhəmiyyətli itkilər (ayda 30–35 min nəfər) verir.

Son xəbərlər

Bütün Xəbər Lenti