Zelenski Novaka Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə təşəkkür edib

Digər ölkələr
  • 23 avqust, 2023
  • 22:00
Zelenski Novaka Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan Prezidenti Katalin Novaka ərazi bütövlüyünə dəstək verdiyinə görə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında bildirib.

Bildirilir ki, iki dövlətin prezidentləri transsərhəd əməkdaşlıq və birgə təşəbbüslər barədə müzakirə aparıblar.

Zelenski Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasına diqqət çəkib. Prezident, həmçinin yaralı ukraynalı hərbçilərin müalicəsində və hərbi həkimlərin hazırlanmasında Macarıstanın köməyini qeyd edib.

Novak isə öz növbəsində Rusiyanın işğalını pislədiyini vurğulayıb:

"Ukrayna Avropada öz yerini tutur. Hərbi cinayətlər araşdırılmalıdır. Biz günahsız qurbanların tərəfindəyik və Macarıstan sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazırdır".

44 filmi