Zelenski ilk dəfə İrlandiyaya rəsmi səfər edəcək
Digər ölkələr
- 01 dekabr, 2025
- 14:45
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 2-də İrlandiyaya ilk dəfə rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Sky News" İrlandiyanın Baş naziri Mixol Martinə istinadən məlumat yayıb.
"Ukrayna Prezidentini ölkənin birinci xanımı Yelena Zelenskaya müşayiət edəcək. O, M.Martin, İrlandiya Prezidenti Ketrin Konnolli və xarici işlər naziri Helen Makenti ilə görüşəcək", - nəşr bildirib.
Bundan başqa, Zelenski və Martin iki ölkə arasında biznes, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi potensialının müzakirə olunacağı iqtisadi forumda iştirak edəcək.
V.Zelenski həmçinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün bu gün Parisə səfər edəcək.
Son xəbərlər
12:07
Ülvi Mehdiyev növbəti vətəndaş qəbulu keçirib
Daxili siyasət12:05
Azərbaycanla Özbəkistan arasında reallaşdırılmayan ixrac potensialı açıqlanıb
Biznes12:05
Fariz İsmayılzadə: Türk dövlətlərinin ortaq bakalavr, yaxud magistr proqramı yoxdur
Elm və təhsil12:04
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
Elm və təhsil12:04
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət11:59
Xarici diplomatların Azərbaycan ərazisində səfərləri Ermənistanda siyasi müzakirə mövzusu ola bilməz - RƏY
Xarici siyasət11:56
Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
Xarici siyasət11:54
Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 6 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb
Maliyyə11:52