Zelenski Floridada ABŞ ilə aparılan müzakirələrdən danışıb

Digər ölkələr
  • 19 yanvar, 2026
  • 02:02
Zelenski Floridada ABŞ ilə aparılan müzakirələrdən danışıb

Ukrayna nümayəndə heyəti Floridada münaqişənin həllinə dair ABŞ ilə aparılan danışıqlar barədə mənə məlumat verib.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün telegram kanalında videomüraciətində bildirib.

Ukrayna lideri iştirakçıların bir neçə raund müzakirələr apardığını və hərbi əməliyyatlara son qoymaq üçün lazım olan sənədlər üzərində işlədiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, Kiyev Vaşinqtonu elektrik şəbəkəsinə davam edən hücumlar barədə məlumatlandırıb. Bu arada, danışıqlarda iştirak edən Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov telegramda danışıqların nəticələri ilə bağlı paylaşım edib. O, müzakirələrin iki gün davam etdiyini qeyd edib.

"Biz iqtisadi inkişaf və rifah planını, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdik və onların tətbiqi üçün praktik mexanizmlərə diqqət yetirdik", - deyə rəsmi bildirib.

O əlavə edib ki, tərəflər Davosda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti