Zelenski Cey Di Venslə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edib
- 31 iyul, 2026
- 20:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Cey Di Venslə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında yazıb.
Tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələlərini və Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatı üçün fəsadlarını müzakirə ediblər.
"Biz bu yaxınlarda Vaşinqtonda Prezident Trampla görüşümüzün yekunlarını müzakirə etdik – bu görüş müsbət və məhsuldar idi", - Zelenski qeyd edib.
O əlavə edib ki, Rusiya Ukrayna ərazisinə aviazərbələri davam etdirir, buna görə də "Patriot" sistemləri üçün raket tədarükü Kiyevin əsas prioritetlərindən biri olaraq qalır.
Bundan başqa, tərəflər Rusiya-Ukrayna müharibəsinin dünya bazarlarına təsirini müzakirə ediblər.