Zelenski beynəlxalq tərəfdaşları Ukraynaya "Patriot" sistemləri ilə bağlı yardıma etməyə çağırıb

Digər ölkələr
  • 25 oktyabr, 2025
  • 14:20
Zelenski beynəlxalq tərəfdaşları Ukraynaya Patriot sistemləri ilə bağlı yardıma etməyə çağırıb

Prezident Volodimir Zelenski beynəlxalq tərəfdaşları Ukraynaya şəhərlərini "Patriot" raketdən müdafiə sistemləri ilə qorumaqda daha fəal kömək etməyə çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

Zelenski ilin əvvəlindən Rusiyanın Ukraynaya təxminən 770 ballistik raket və 50-dən çox "Kinjal" raketi atdığını vurğulayıb.

"Məhz bu cür hücumlar səbəbindən şəhərlərimizi bu dəhşətdən qoruya bilməyimiz üçün "Patriot" sistemlərinə xüsusi diqqət yetiririk. Bu cür imkanlara malik tərəfdaşların son günlərdə müzakirə etdiyimiz məsələləri həyata keçirməsi çox vacibdir", - o qeyd edib.

Zelenski əlavə edib ki, ABŞ, Avropa və G7 ölkələri hücumların artıq mülki insanların həyatını təhdid etməməsini təmin etməyə kömək edə bilər:

"Rusiyanın ballistik raketlərinə qarşılıq həyatları qorumaq üçün güclü dövlətlərdən həqiqi əməkdaşlıq tələb edir"

Xatırladaq ki, oktyabrın 25-nə keçən gecə Rusiya Ukraynaya onlarla hücum dronları və doqquz ballistik raketlə hücum edib. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər və onlarla yaralı var.

Son xəbərlər

Bütün Xəbər Lenti