Zelenski ABŞ və Avropa ilə danışıqlardan sonra Rusiya ilə görüş ehtimalını istisna etmir

Digər ölkələr
  • 29 dekabr, 2025
  • 13:37
Zelenski ABŞ və Avropa ilə danışıqlardan sonra Rusiya ilə görüş ehtimalını istisna etmir

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və amerikalı tərəfdaşları ilə müxtəlif səviyyəli görüşlərdən sonra nəticədə Rusiya tərəfi ilə də görüş keçirilə biləcəyini ehtimal edib.

"Report"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bunu V.Zelenski Floridada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

V.Zelenski yaxın günlərdə müşavirlər səviyyəsində görüşün planlaşdırıldığını bildirib: "Rüstəm Umerov artıq bütün ABŞ və Avropa müşavirləri ilə əlaqə saxlayıb. Biz belə bir görüş istəyirik. Düşünürəm ki, bu görüşün Ukraynada baş tutması üçün əlimizdən gələni edəcəyik".

Onun sözlərinə görə, müşavirlər tərəfindən bütün sənədlərin hazırlanmasından sonra Avropa liderləri səviyyəsində əvvəlcə Ukrayna ilə geniş tərkibdə görüş keçiriləcək: "Sonra bütün liderlər səviyyəsində sənədlər razılaşdırılacaq, Prezident Tramp və Avropa liderləri ilə görüş hazırlanacaq. Hamımız ciddi şəkildə köklənirik ki, bu görüşlər yanvarda baş tutsun. Bundan sonra düşünürəm ki, əgər hər şey addım-addım getsə, artıq bu və ya digər formatda Rusiya ilə görüş olacaq. Bunu bir daha vurğulayırıq, biz artıq danışdığımız müvafiq formatlara hazırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti