Zelenski: ABŞ ilə fikir ayrılıqları olsa da, açıq və praqmatik münasibətlərin saxlanmasında maraqlıyıq
- 20 oktyabr, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələləri üzrə ABŞ Prezidenti Donald Trampın komandası ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib və sülhün Kiyev üçün prioritet olaraq qaldığını vurğulayıb.
"Report" xəbər verir ki, V.Zelenski bunu İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Ukrayna ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Birləşmiş Ştatlarla açıq, dürüst və praqmatik münasibətlərin saxlanmasında maraqlıdır.
"Mən Amerika prezidentindən heç nə gizlətmək istəmirəm. Bizim fərqli fikirlərimiz və maraqlarımız ola bilər, lakin xalqlarımızın ortaq cəhətləri Amerikanın Rusiya ilə olduğundan daha çoxdur. Əməkdaşlıq mövcuddur: biz Avropa tərəfindən maliyyələşdirilən proqramlar çərçivəsində Amerika silahları alırıq. Bu gün biz bu silahların pulunu ödəyirik. Biz açıq, dürüst və praqmatik münasibətləri davam etdirmək istəyirik", - Zelenski qeyd edib.
Trampa təklifləri barədə danışan Prezident bildirib ki, Rusiya zərbələri halında enerji infrastrukturunun müdafiəsi üçün Ukraynaya qaçırıcı raketlərin verilməsini xahiş edib.
Onun sözlərinə görə, bunun əvəzinə Kiyevdən müəyyən hərəkətlərə son qoymaq tələb olunub, bundan sonra kəşfiyyat məlumatları mübadiləsinə məhdudiyyətlər və Starlink-in sürətinin azaldılması baş verib.
"Bu bizə qarşı ədalətsizlikdir", - Ukrayna Prezidenti vurğulayıb və yaranmış çətinliklərə baxmayaraq, Kiyevin ABŞ xalqına və müharibəni başa çatdırmağa çalışan Tramp administrasiyasının nümayəndələrinə minnətdar olduğunu əlavə edib.
V.Zelenski həmçinin bildirib ki, ərəfədə Trampın danışıqlar komandası ilə söhbət baş tutub. Onun sözlərinə görə, Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişini müzakirə etməyə də hazırdır.