Yuri Uşakov: Ermənistan hələ də "iki stulda oturmaq" siyasətini davam etdirir

Digər ölkələr
  • 07 may, 2026
  • 17:41
Yuri Uşakov: Ermənistan hələ də iki stulda oturmaq siyasətini davam etdirir

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın hazırkı siyasi balanslaşdırmasının "iki stulda oturmaq" siyasətinin davamından başqa bir şey olmadığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Uşakov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda aparılan danışıqlar zamanı bütün məsələlərə aydınlıq gətirilib.

"Təəssüf ki, İrəvanda hələ də "iki stulda oturmaq" siyasətinə riayət etməyə çalışırlar. Belə bir vəziyyətdə nə qədər qalmaq mümkündür, bilmirəm", - Uşakov mayın 4-də İrəvanda "Avropa Siyasi Birliyi"nin Sammitinin və bir sıra digər tədbirlərin keçirilməsini şərh edərkən deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan-Rusiya münasibətləri ilk növbədə, Moskva üçün deyil, İrəvan üçün əlverişlidir.