Səfir: Azərbaycan şirkətlərinin Ukrayna energetikasının modernləşdirilməsində iştirakına ümid edirik

Digər ölkələr
  • 22 iyul, 2026
  • 14:44
Səfir: Azərbaycan şirkətlərinin Ukrayna energetikasının modernləşdirilməsində iştirakına ümid edirik

Azərbaycan şirkətləri enerji avadanlıqlarının birgə istehsalında və Ukraynanın enerji infrastrukturunun modernləşdirilməsində iştirak edə bilərlər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib.

"Növbəti məntiqi addım Azərbaycan şirkətlərinin yalnız təcili təmirdə deyil, həm də enerji avadanlıqlarının birgə istehsalında, eləcə də Ukrayna energetikasının modernləşdirilməsində: yeni obyektlərin tikintisində, enerji səmərəliliyinin və bərpa olunan enerjinin inkişafında iştirakı ola bilər. Biz azərbaycanlı tərəfdaşlarımızla artıq belə bir dialoq aparırıq", - diplomat qeyd edib.

Y.Qusev xatırladıb ki, Azərbaycan transformatorlar, generatorlar və digər avadanlıqlar verərək artıq Ukraynaya yardım göstərib.

Səfir vurğulayıb ki, Ukrayna tərəfi energetika sahəsində Azərbaycanla əməkdaşlığı ölkənin müharibədən sonrakı bərpasının əsas istiqamətlərindən biri kimi nəzərdən keçirir.

44 filmi