Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar

Digər ölkələr
  • 25 iyul, 2026
  • 14:10
Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar

Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Yanbuda təcili xəbərdarlıq elan edərək sakinləri təhlükəyə hazır olmağa çağırıb.

"Hücum iki ballistik raketlə həyata keçirilib. Oların hədəfi Yanbudakı neft emalı müəssisələri olub", - mənbələrdən biri bildirib.

44 - Tezliklə