Yunanıstanda İkinci Dünya Müharibəsi dövrünə aid min bomba aşkar edilib
- 06 oktyabr, 2026
- 16:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Saloniki Liman Administrasiyasının (OLTH) rəhbərliyi körpünün genişləndirilməsi işləri zamanı limanın dəniz dibində aşkar edilmiş İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 1 000 bombanın zərərsizləşdirilməsi məqsədilə Yunanıstanın səlahiyyətli orqanlarına müraciət edib.
"Report" xəbər verir ki, bu barədə yunan mediası xəbər verir.
Bombalar 6-cı körpü rayonunda maqnit zondlama nəticəsində aşkar edilib. Onlar genişləndirmə səthini təşkil edən beton kessonların (dəmir-beton halqalardan və ya monolit betondan hazırlanmış hermetik yeraltı tutum - red.) altında, həmçinin modernləşdirilmiş körpünün giriş və çıxış nöqtələrində yerləşir; onların ümumi çəkisinin 15 000-dən 20 000 tona qədər olduğu təxmin edilir.
OLTH bəyan edib ki, onların mövcudluğu 6-cı körpünün genişləndirilməsi işlərinə mane olur.
İkinci Dünya Müharibəsi dövrünə aid köhnə sursatların 1944-cü ildə alman işğal qüvvələrinin Salonikidən çəkilməzdən əvvəl tərk edildiyi güman edilir.