Yunanıstan SAFE çərçivəsində təqribən 120 milyon avroluq ilk tranşı alıb

Digər ölkələr
  • 23 iyul, 2026
  • 15:42
Yunanıstan SAFE çərçivəsində təqribən 120 milyon avroluq ilk tranşı alıb

Yunanıstan Avropa İttifaqının (Aİ) müdafiə sahəsində maliyyə aləti olan "Security Action for Europe" (SAFE) çərçivəsində 118,2 milyon avro məbləğində ilk ödənişi alıb.

"Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir ki, bu, Yunanıstan üçün nəzərdə tutulan 787,7 milyon avroluq ümumi maliyyələşdirmə həcminin 15 %-ni təşkil edir.

Vəsait Yunanıstana prioritet müdafiə layihələrinin icrasını və silahlı qüvvələrin modernləşdirilməsini sürətləndirməyə imkan verəcək. SAFE Aİ-də istehsal olunan döyüş sursatları, raketlər, hava hücumundan müdafiə sistemləri və yerüstü döyüş sistemlərinin birgə satın alınmasını maliyyələşdirir.

44 - Tezliklə