​Yunanıstanda jurnalist canlı yayım zamanı bıçaqlanıb

Digər ölkələr
  • 12 yanvar, 2015
  • 18:55
​Yunanıstanda jurnalist canlı yayım zamanı bıçaqlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Mərkəzi Yunanıstanın Larisa şəhərində "OK Radio" radiostansiyasının canlı efiri zamanı idman proqramlarının redaktoru Yannis Kaloyannis bıçaq zərbəsi alıb.

"Report" "Vesti"yə istinadən xəbər verir ki, studiyaya daxil olan kişi jurnalisti bıçaq ilə hədələməyə başlayıb, ardınca isə soyuq silah ilə onu arxadan vurub və hadisə yerindən qaçıb.

Koloyannis yaralanmasına baxmayaraq verilişi normal şəkildə bitirmək üçün daha 7-10 dəqiqə efirdə qalıb.

Hazırda polis artıq şəxsiyyəti müəyyən edilən cinayətkarı axtarır.

44 - Tezliklə