Yermak Sallivanla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
- 06 avqust, 2023
- 20:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşündə ölkəsinin müdafiə ehtiyaclarını, xüsusən də liman infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib.
"Report" "İnterfaks Ukrayna"ya istinadən xəbər verir ki, danışıqlar avqustun 5-6-da Ciddədə keçirilən Ukrayna sülh formulunun həyata keçirilməsinə dair görüş çərçivəsində baş tutub.
Tərəflər sülh formulunun həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.