Yəməndə mina partlayışı nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
- 15 dekabr, 2021
- 01:45
Yəmənin şimalındakı Əl-Cəvf əyalətində minanın partlaması nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər yaralanıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Marib-Əl-Cauf avtomobil yolunda mülki avtomobilin hərəkət etdiyi yolda mina partlayıb.
Yəmən hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Yəməndə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş ərazilərə nəzarət edir.
Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.
Son xəbərlər
16:08
AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb
İnfrastruktur16:08
Ruy Jorje: "Dünya çempionatında yaxşı oynasaq, azərbaycanlılar bizimlə qürur duyacaqlar" - MÜSAHİBƏ
Futbol16:01
Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
Analitika16:00
"Haas"ın rəhbəri Ayao Komatsu: "Azərbaycan Qran-prisinin özünəməxsus tarixi və atmosferi var"
Futbol15:57
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
Hadisə15:52
Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir
Biznes15:52
"Neftçi" basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlahı heyətinə qatıb
Komanda15:46
Foto
Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb
Hadisə15:44