Yəməndə aviazərbələr nəticəsində 40-a yaxın insan həlak olub
Digər ölkələr
- 21 aprel, 2015
- 16:20
Bakı. 21 aprel. REPORT.AZ/ "Ərəb koalisiyası"nın Yəmən ərazisinə endirdiyi havadan zərbələr nəticəsində təqribən 40 nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Daxil olan məlumata görə, ölənlərin böyük əksəriyyəti dinc sakinlərdir. Daha onlarla yəmənli yaralanıb.
İlk hava zərbəsi İbb əyalətinə endirilib. Burada əksəriyyəti mülki şəxs olmaqla ən azı 20 nəfər həyatını itirib.
Təqribən 15 dinc sakin və yeddi əskərin ölümünə səbəb olan ikinci aviahücum Səudiyyə Ərəbistanı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Harad yaşayış məntəqəsinə edilib.
Son xəbərlər
21:29
Yunanıstanda zavodda partlayış olub, ölən və yaralı var
Digər ölkələr21:21
Mbappe Zidanın rəhbərliyi altında da Fransa millisinin kapitanı olaraq qalacaq
Futbol21:13
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib
Digər ölkələr21:00
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Digər ölkələr20:57
İranın dəniz blokadasının bərpasından sonra 17 gəminin istiqaməti dəyişdirilib
Digər ölkələr20:53
"Rosselxoznadzor" Ermənistan qızılgüllərinin Belarus vasitəsilə gətirilməsinin qarşısını alıb
Region20:40
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək
Digər ölkələr20:20
Video
Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib
İnfrastruktur20:14
Video