Yaroslav Kaçinski tutduğu vəzifələrdən istefa verib
Digər ölkələr
- 21 iyun, 2022
- 08:51
Polşanın hakim “Həqiqət və ədalət” Partiyasının sədri, Nazirlər Şurası sədrinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitənin sədri Yaroslar Kaçinski istefa verib.
“Report” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
“İstefa ərizəmi Baş nazirə təqdim etdim. Prezident Ancey Duda artıq istefamı qəbul edib”, - Y.Kaçinski deyib.
Boş qalan vəzifəni müdafiə naziri Mariuş Blaşak tutacaq.
Xatırladaq ki, 72 yaşlı Kaçinski 2020-ci ildən bu vəzifələri tuturdu. 2003-cü ildən etibarən hakim partiyaya rəhbərlik edən Yaroslav Kaçinski Smolensk yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş Polşanın sabiq Prezidenti Lex Kaçinskinin əkiz qardaşıdır.
Son xəbərlər
19:02
Xameneinin müşaviri husilərə görə Ər-Riyada etiraz edib
Region18:39
Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət18:14
Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət18:14
İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
Region18:04
İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb
Hadisə18:03
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
İnfrastruktur18:01
Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb
Digər ölkələr18:00
"Unibank"ın istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə17:54