Yaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edib
Digər ölkələr
- 17 sentyabr, 2019
- 04:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən növbəti sessiyasında İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin xəbərinə görə, Yaponiyanın hökumət başçısı İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, 12-13 iyunda Yaponiyanın baş naziri Sindzo Abe İranda rəsmi səfərdə olub. O, İran prezidenti Həsən Ruhani və Ali dini lider Əli Xamenei ilə görüşüb.
Sindzo Abe dəfələrlə Vaşinqton və Tehran arasındakı əlaqələri normallaşdırmaq üçün mümkün vasitəçilik missiyasını üzərinə götürmək istədiyini açıqlayıb.
Son xəbərlər
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr
22:07
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Digər ölkələr
21:59
"Real" Tibo Kurtua ilə müqavilənin müddətini uzadır
Futbol
21:56
Foto
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət