Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb
Digər ölkələr
- 07 may, 2023
- 07:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada İşikava prefekturasında baş verən zəlzələ nəticəsində azı 34 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Jiji" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, həlak olanların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağılmasına səbəb olan Suzu kəndinin sakinləridir.
Zərərçəkənlərin əksəriyyəti orta-ağır xəsarətlər alsa da, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu günə qədər bir nəfərin öldüyü məlumdur - zəlzələ zamanı bir kişi pilləkənlərdən yıxılıb. Daha əvvəl 27 qurbanın olduğu bildirilirdi.
Zəlzələ mayın 5-də Yaponiya dənizi sahilindəki Honsyu adasının mərkəzi hissəsində baş verib.
Son xəbərlər
00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Fərdi23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto