Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb
Digər ölkələr
- 08 oktyabr, 2021
- 04:26
Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində ümumilikdə 52 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, xəsarət alanların çoxu Saytama və Tiba prefekturalarının sakinləridir.
Yüksəksürətli qatarların hərəkəti bir neçə saat müddətinə dayandırılıb. Səhər saatlarında 140-dan çox qatar xəttə çıxmayıb.
Yeraltı təkanlar nəticəsində paytaxtın bir neçə rayonunda su xətlərinin sıradan çıxdığı qeyd edilir. Seysmoloqlar zəlzələnin afterşoklarının yaxın bir həftə ərzində baş verə biləcəyini bəyan ediblər.
Son xəbərlər
01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
Digər ölkələr23:15