Yaponiyada gəmidə 10 nəfərdə koronavirus aşkarlanıb
Digər ölkələr
- 05 fevral, 2020
- 03:45
Yaponiyanın Yokohama şəhərində reyddə olan gəminin 10 sərnişinində koronavirus aşkarlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Kasunobu bildirib.
O, qeyd edib ki, karantində olan sərnişnlərdə yeni təhlükəli virusun olduğu müəyyənləşdirilib.
Virusun aşkarlandığı sərnişinlər xəstəxanalara göndəriləcək. Nazir bildirib ki, onların arasında ağır vəziyyətdə olan yoxdur. Eyni zamanda Kato Kasunobu digər sərnişinlərin və heyət üzvlərinin daha 14 gün gəmidə qalması arzusunu ifadə edib.
"Biz istərdik ki, onlar 14 gün gəmidə qalsınlar. Sərnişinlərin və komandanın sağlamlıq vəziyyətini izləyəcəyik və bütün səylərimizi yoluxmanın genişlənməsinin qarşısını almağa yönəldəcəyik”, - nazir qeyd edib.
Son xəbərlər
14:21
Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub
Region14:20
"Naxçıvan" Murad Babayevi heyətinə qatıb
Komanda14:17
Naxçıvanda əhalinin sayı 0,3 % artıb
Daxili siyasət14:17
AAYDA: Yeni tədris ili öncəsi paytaxtda 65 küçə və prospekt yenilənib
İnfrastruktur14:15
"Sabah" basketbol klubu Tajuan Eydjini transfer edib
Komanda14:11
Anar Cəfərov: "Fermerləri narahat edən məsələlər aidiyyəti dövlət qurumlarına yönləndirilir"
ASK14:10
ADB Azərbaycanda istiqraz buraxılışını nəzərdən keçirir
Maliyyə14:10
Hakan Fidan sabah Azərbaycana səfər edəcək
Xarici siyasət14:09