Yaponiyada bəzi İES-lər qismən dayandırıldı
Digər ölkələr
- 15 fevral, 2021
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın şimal-şərqində fevralın 13-də 7,5 maqnitudalı zəlzələyə görə 6 istilik elektrik stansiyasının (İES) bəzi blokları təhlükəsizlik yoxlamaları üçün dayandırılıb.
“Report” NHK-yə istinadən xəbər verir ki, Fukuşima prefekturasında 4 İES-də, Miyagi və İbaraki prefekturalarında isə hərəsinə bir İES-də elektrik istehsalı müvəqqəti azaldılıb. Hökumət bu yoxlamalar üzündən elektrik təchizatında böyük fasilələrin yaşanmayacağını bildirib.
Xatırladaq ki, fevralın 13-də Fukuşima prefekturası sahilləri yaxınlığında dənizdə güclü zəlzələ baş verib. Ekspertlərə görə, bu zəlzələ 2011-ci il 11 mart tarixli 8,9 maqnitudalı Tohoku zəlzələsinin gecikmiş sarsıntısıdır.
Son xəbərlər
13:38
Boçorişvili: Gürcüstanın ATƏT-ə sədrlik üçün namizədliyi aktualdır
Region
13:37
İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Region
13:36
Azərbaycanda noutbuk və kompüter istehsalının həcmi açıqlanıb
İKT
13:32
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 57 %-dən çox artıb
İKT
13:25
Video
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Xarici siyasət
13:24
"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
İnfrastruktur
13:18
Foto
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub
Turizm
13:17
Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır
Xarici siyasət
13:17
"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
Futbol