Yaponiyada ağır yol qəzası olub, 16 nəfər yaralanıb

Digər ölkələr
  • 04 avqust, 2023
  • 02:52
Yaponiyada ağır yol qəzası olub, 16 nəfər yaralanıb

Yaponiyanın cənub-qərbindəki Yukuhasi şəhərində baş verən yol qəzasında azı 16 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, orta məktəb şagirdlərini daşıyan avtobus yük maşını ilə toqquşub. Zərərçəkənlərin xəsarətləri yüngül qiymətləndirilir, onların həyatı üçün təhlükə yoxdur.

Olay yerinə gələn polis hadisənin səbəblərini araşdırmağa başlayıb.

44 - Tezliklə