Yaponiya və ABŞ KXDR-in raket buraxılışından sonra təlimlər keçirib - YENİLƏNİB
- 19 fevral, 2023
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya özünümüdafiə qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri Şimali Koreyanın qitələrarası ballistik raket buraxılışından sonra döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Təlimlərə Yaponiyadan üç F-15 qırıcısı, ABŞ-dan dörd F-16 qırıcısı və iki B-1B strateji bombardmançı təyyarəsi cəlb olunub.
KXDR ordusu fevralın 18-də “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. O, 989 km uçaraq 5 768,5 km yüksəkliyə çatıb və Yapon dənizində saxta hədəfi uğurla vurub.
Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, raket Hokkaydo adasından 200 km qərbə düşüb.
11:48
Yaponiya və ABŞ fevralın 18-də KXDR tərəfindən qitələrarası ballistik raketin buraxılışından sonra döyüş təyyarələrinin iştirakı ilə birgə təlimlərə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə "Fuji TV" məlumat yayıb.
Təlimlər fevralın 19-da baş tuta bilər. Manevrlərə Yaponiya özünümüdafiə qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələrinin cəlb olunacağı gözlənilir.