Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib - YENİLƏNİB

Digər ölkələr
  • 10 fevral, 2026
  • 06:29
Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib - YENİLƏNİB

Yaponiya hökuməti yerli medianın Tokionun NATO-nun Ukraynaya dəstək üçün yaratdığı PURL proqramına qoşulması və bu çərçivədə Kiyevə ötürmək üçün ABŞ istehsalı olan ləvazimatlar alması barədə xəbərlərini təkzib edib.

"Report" hökumətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mövzu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kiharanın mətbuat konfransında qaldırılıb.

Jurnalistlərin Yaponiya hökumətinin PURL proqramına qoşulmaq qərarı ilə bağlı xəbərləri şərh etmək xahişinə cavab olaraq o: "Qeyd etdiyiniz xəbərlərdən məlumatlıyıq. Hazırda bizimlə NATO arasında belə bir razılaşmanın əldə olunması faktı həqiqətə uyğun deyil", - deyə bildirib.

Eyni zamanda Kihara vurğulayıb ki, Yaponiya Ukrayna cəmiyyətinin və iqtisadiyyatının bərpasına, həmçinin möhkəmləndirilməsinə yönəlmiş yardımları davam etdirəcək.

Yaponiya hökuməti NATO tərəfindən yaradılmış və Ukraynaya ötürülmək üçün ABŞ istehsalı olan ləvazimatların satın alınması planlaşdırılan PURL proqramına qoşulmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyabın İctimai Televiziyası məlumat yayıb.

Vurğulanıb ki, Yaponiya tərəfinin vəsaiti müstəsna olaraq ölümcül olmayan avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək. Söhbət xüsusilə radiolokasiya sistemləri və zirehli gödəkçələrdən gedir. Qeyd olunub ki, Yaponiya artıq öz qərarı barədə bir neçə NATO üzvü olan dövləti və Ukraynanın özünü məlumatlandırıb.

PURL proqramı 2025-ci ilin yayında NATO tərəfindən ABŞ-nin Kiyevə təmənnasız silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb. Bu proqrama əsasən, Kiyev öz hərbi ehtiyaclarını formalaşdırır, Aİ ölkələri isə vəsait ayıraraq bu silahları ABŞ-dən satın alır və Ukraynaya ödənişsiz şəkildə təhvil verir.

Son xəbərlər

Bütün Xəbər Lenti