Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr
- 09 dekabr, 2025
- 02:38
Yaponiyanın Hokkaydo adasının sahillərində 6,7 maqnitudalı zəlzələ baş verib.
"Report" bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:52-də (Bakı vaxtı ilə 01:52) 144 min əhalisi olan Haçinohе şəhərindən 144 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib, sunami təhlükəsi elan olunmayıb.
Dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, Bazar ertəsi axşam Yaponiyanın şimalında 7,2 maqnitudalı zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində yeddi nəfərin xəsarət aldığını sonradan Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirmişdi.
Yeraltı təkanlar 20-40 sm hündürlüyündə sunamiyə səbəb olmuşdu.
Son xəbərlər
13:17
Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb
Region13:11
Natiq Məmmədli: Nurani Azərbaycan mətbuatında nadir analitik imza idi
Media13:04
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika13:04
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
Komanda12:55
Rusiya Odessada enerji obyektlərinə ciddi ziyan vurub
Digər ölkələr12:52
Azərbaycan gübrə idxalına çəkdiyi xərci 4 %-dən çox artırıb
ASK12:52
Ukrayna Samarada neft emalı zavodunu vurub
Digər ölkələr12:34
Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
İnfrastruktur12:32