Yaponiya sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub

Digər ölkələr
  • 27 iyul, 2019
  • 23:39
Yaponiya sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub

Şənbə günü Yaponiya sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Honsyü adasının cənub sahili yaxınlığı olub. Zəlzələnin ocağı 375 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.