Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib

Digər ölkələr
  • 26 fevral, 2025
  • 11:49
Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honsyu adası yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sinqu şəhərindən 39 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 394 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

44 - Tezliklə