Yaponiya Müdafiə Nazirliyi: Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edirik

Digər ölkələr
  • 06 avqust, 2026
  • 13:06
Yaponiya Müdafiə Nazirliyi: Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edirik

Şimali Koreyanın ballistik raket buraxılışı həyata keçirdiyi ehtimal edilir.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Şimali Koreyanın ballistik raket buraxdığı ehtimal olunur. Məlumat daxil olduqca xəbər verəcəyik. Yaponiya Sahil Mühafizəsinin gəmiləri sonrakı məlumatları izləməyə və düşən hər hansı bir obyektə yaxınlaşmaqdan çəkinməyə çağırıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, raket böyük ehtimalla artıq Yaponiyanın müstəsna iqtisadi zonasının (ərazi suları da daxil olmaqla, sahəsi təxminən 4,47 milyon km² olan dəniz zonası - red.) hüdudlarından kənara düşüb.

NHK telekanalı xəbər verib ki, hadisə ilə əlaqədar Yaponiyanın Baş naziri Sanae Takaiçi müvafiq orqanlara məlumatların toplanması və təhlili üçün bütün səyləri səfərbər etməyi, təyyarələrin, gəmilərin və digər nəqliyyat növlərinin təhlükəsizliyinin yoxlanılmasında diqqətli olmağı, eləcə də "gözlənilməz hallar üçün" zəruri tədbirlər görməyi tapşırıb.

44 - Tezliklə